“II Etika Forumu - Bakı 2017” keçirilib
“II Etika Forumu - Bakı 2017” keçirilib
“Etika Akademiyası” ölkənin milli dəyərlərini, etik prinsiplərini, qlobal standartlara uyğunluğunu dünya ictimaiyyətinə çatdırmaq və təbliğatına diqqətini yönəltmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə dəstəyi şurası ilə birgə “Etika Forumu-Bakı 2017” adlı tədbir keçirilib.
Forumun açılışını Etika Akademiyasının direktoru Günel İbrahim edərək qonaqları salamladı.
Ilk çıxışı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev,
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı,
Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Anar Qədiməliyev,
YAP Gənclər Birliyinin sədri Seymur Orucov
Milli Məclisin deputatı Novruz Aslanov,
Mirzə Ələkbər Sabir fondunun rəhbəri Sevda Tahirli, Japon Tabbako İnternational çirkətinin nümayəndəsi Əli Verdiyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibinin müavini Səbinə Nur, A-Level şitkətinin rəhbəri Aydan Əliyeva, Etika Akademiyasın fəaliyyətində birgə əməkdaşlıqlarından, etika normalarının təbliği mövzularında çıxışlar ediblər.
“Etika Akademiyası”nın rəhbəri Günel İbrahim çıxış edərək forumun əsas məqsədləri haqqında məlumat verimişdir və Etika Akademiyasının bugünə kimi fəaliyyəti dövründə dəstək olan şəxsləri xüsusi nominasiyalar üzrə mükafatlandırıb.
Məhəbbət Vəliyeva Etika fənninin öyrənilməsində göstərdiyi dəstəyə görə,
Ombudsman aparatı xaricdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsində fəaliyyətinə görə,
Sevinc Nəsirova biznes turizm inkişafına verdiyi dəstəyə görə,
Mircavad Cəfərov milli musiqimizi beynəlxalq aləmdə layiqli təmsil etdiyinə görə,
təltif olunublar.