Etika Akademiyasından yeni layihə
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı yeni layihəyə start verdi.
“Gənc Biznesmenlərin Maraq klubu“ adlı layihə 15 gün davam edəcək.
Bu müddət ərzində 60-a yaxın gənc iş adamı Britaniyanın ən son proqramları ilə tanış olub, beyin alimlərinin son ixtiralarını öz işlərində tətbiq edəcəklər. Onlara yeni biznes biliklərin artırılması, uğurlu danışıq və biznesin inkişafı ilə bağlı mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Layihə 3 hissədən ibarətdir. İlk hissə treninqlər, ikinci hissə müzakirələr və üçüncü hissədə klubun üzvü seçilmək planlaşdırılır.
Əsas məqsəd gənclər arasında biznes kommunikasiyasını artırmaqdır.