Dəvətlilərin etiketi

Dəvətlilərin etiketi

    Rəsmi dəvətdə uğur qazanmaq üçün əsas diqqəti maraqlı cəmiyyətə, dadlı mətbəxə və xoş mühitə yönəltmək lazımdır. Rəsmi dəvətin təşkilatı heç də asan iş deyil. Bunun üçün ilk olaraq dəvətin tarixini, dəvətlilərin sayını, zəruri maliyə xərcləri, hazırlığın müddətini müəyyən etmək lazımdır.

   Dəvətinizin  müvəffəqiyyətlə keçməsi üçün qonaqlarınızın siyahısı ilə ciddi məşğul olmalısınız.

         Qonaqlar  dəvətinizin atmosferini müəyyən edəcəklər. Dəvətinizin sakit və xoş keçməsi yalnız onlardan asılıdır.

      Ev yiyəsi (bəy və xanımı) qapıda duraraq qonaqları şəxsən qarşılamalıdırlar. Görüşdükdən sonra qonaqları içəri buyurmalarını və istədikləri içkini götürməklərini təşkil edtməlidir.  Bütün qonaqlar gəldikdən sonra, dəvətin sahibi hamını süfrəyə dəvət edir. Qonaqların masa arxasında düzgün yerləşdirilməsi çox mühimdir. Ziyafətin başladığını bildirmək üçün ilk olaraq ev sahibi yeməyə başlayır. Yalnız  a-lya furşet  dəvətlərində qonaqlar masa arxasına əyləşən kimi yeməyə başlayırlar.

      Dəvətdə səhər, nahar və şam yeməyi vaxtı menyüdə göstərilmiş xörəklərin sayına uyğun olaraq boşqabın sağ tərəfinə bıçaqlar, sol tərəfinə isə çəngəllər qoyulur. İlk olaraq sağ və soldakı kənar çəngəl və bıçaqlardan istifadə olunur. Balıq xörəyi üçün xüsusi bıçaq nəzərdə tutulur. Əlavə yeməyə ehtiyac olmadığını bildirmək üçün bıçaq və çəngəl boşqabın sağ tərəfinə qoyulur. İlk əvvəl isti yemək verilərkən xüsusi ehtiyatlılıq göstərmək lazımdır. Tələsmədən xörəyin soyumasını gözləyin, yaxud qaşığa xörəyi az miqdarda götürün. İkinci - ət xörəyindən lazımı  miqdarda kiçik hissəciklər kəsilir. Bəzən balıq və ət xörəklərindən sonra müxtəlif növ pendirlər paylanır. Əgər kimsə bir yox, iki növdən dadmaq istəsə qəbahət hesab olunmur. Yeməkpaylayan qonaqlar üçün vazada meyvə paylayarkən, sizə yaxın tərəfdən götürmək məsləhətdir. Qəbullar, iştirakçıların zövqünə uyğun olaraq, qəhvə yaxud çay dəsgahı ilə yekunlaşır.