Diplomatik Etiket

Diplomatik Etiket

   Etiket fransız mənşəli sözdür və davranış manerası, qaydası deməkdir. Diplomatik protokolun tərkib hissəsini etiket təşkil edir. Etiket  dedikdə rəsmi şəxslərin müxtəlif tədbirlər zamanı davranış qaydaları başa düşülür. Etiket dedikdə adətən insanın digər adamlara münasibəti əks olunan davranış qaydalarının məcmusu anlaşılır. Bu məcmuya cəmiyyətdə qəbul edilmiş ədəb və nəzakət normaları daxildir. Diplomatik etiketdən başqa etiketin digər növləri dəmövcuddur ki, onların arasında aşağıdakıları qeyd etmək olar: saray etiketi – monarxların saraylarında təsbit edilmiş, ciddi şəkildə nizamlanmış davranış formaları və qaydası; ordu etiketi – orduda ümumən qəbul edilmiş davranış qaydaları və normalarının məcmusu; ümumvətəndaş etiketi – vətəndaşların ünsiyyət zamanı riayət etdikləri qaydalar, ənənələr və şərtlərin məcmusu və s.

     Diplomatik etiketin fərqi diplomatların etiketə riayət edilməsinə çox önəm vermələrindədir, çünki ondan kənara çıxma ölkəyə zərər vura bilər. Diplomatik protokol və etiket nəinki dövlətlərarası, həmçinin gündəlik ünsiyyətin bütün qaydaları və normalarına ciddi əməl edilməsinin sinonimlərinə çevrildilər.

 Etiketin dörd əsas bölməsini qeyd edirlər:

  1. nitq, yaxud verbal etiket;
  2. mimika və jestlər;
  3. etiketdə məkanın təşkili (yaxud etiket proksemikası);
  4. etiket  atributları (yaxud etiketdə əşyalar aləmi).