Tədbir təşkilatçıları üçün etiket

                                 Tədbir təşkilatçıları üçün etiket

     Təşkil etdiyiniz tədbirə qonaqları ən azı bir həftə əvvəlcədən dəvət etnək lazımdır. Tədbirə eyni zaman bir birindən xoşlanmayan insnaları toplamayın. Yaxşı olarki siz öncədən dəvət etdiyiniz şəxslərə qonaqlarıvız haqda qısa tanıtım məlumatı verəsiniz. Yad insanların yanında kimisə şifahı dəvət etmək olmaz. Ev sahibi ilə danışmadan məclisə dost və ya uşaq gətirmək olmaz.

      Dəvətə cavabı  məktubla,  vizit kartla, açıqça və ya telefon zəngi ilə verə bilərsiniz.  

Rəsmi dəvətə cavab vermə prosesi.  Rəsmi dəvətə məktub və ya açıqça ilə cavab vermək lazımdır.Lakin  dəvətnamədə telefon nömrəsi qeyd olunubsa, yaxşı olar ki, cavabı telefon vasitəsi ilə verəsiniz. Əgər dəvətnamədə cütlük  (kişi və xanımı) dəvət olunursa, o zaman cavab məktubunu da iki nəfər adından yazmalısınız.

Yarımrəsmi  dəvətə cavab vermə prosesi.  Bu növ dəvətə vizit kartı ilə cavab vermək olar. Bunun üçün kartın üzərində razılıq və ya rədd cavabını qeyd etmənız kifayətdir. Əgər dəvətnamədə “yalnız gəlməyənlər bildiriş göndərsin “ bəndi varsa, o halda bu qaydaya riayət etmək lazımdır. Bu sizə qonaqların sayını dəqiq  bilməniz üçün bir yardımdır.

Özəl dəvətə cavab. Bu növ dəvətə  dəvətnamə və ya balaca ölçülü açıqça göndərmək ilə həyata keçir.

     Əgər siz vacib səbəbdən dəvətə qatıla bilmirsınızsə, əvvəlcədən ( ən azı 2 gün əvvəldən) ev yiyəsini xəbərdar etməlisiniz.

    Dəvətdə iştirak zamanı  əvvəlcədən qeyd olunmur. Əgər sizi günorta tədbirinə dəvət ediblərsə, çox gümanki ev sahibinin axşam işi var.

Rəsmi dəvətlərin bir neçə növü var:        

   1. Səhər yeməyi (lunch)                                                2. Nahar ( Dinner)                                                          3. Nahar-Bufet (Buffet-Dinner)                                    4. Şam yeməyi  (Supper)                                                5. A-lya Furşet                                                                6.  Kokteyl                                                                      7. Balaca dəvətlər( Çay və ya qəhvə dəvəti)

      Yuxarıda verdiyimiz məlumat  ayaq üstə keçirilən dəvətlərə : “Kokteyl”, “a-lya furşet” –lərə aid deyil. Bu növ dəvətlərdə tədbirin növündən asılı olaraq, qonaqların sayı məhdudlaşdırılmır.