Bankda etiket

 

        Bank işi bir çox kommersiya strukturlarından fərqlənir.  Biznesin xarici görünüşü  daxili sistemindən başlayaraq geyim tərzi, müştəri ilə danışıq üslubu, aksesuarlar və sair  spesifikalara məxsusdur.   Ümumi qəbul edilmiş müasir dizaynlı ofislər, dəbdədbəli  rəhbər otağı , müzakirə zalları  həmin bankın vacibliyi, kaloriti barədə məlumat verir.  

       Imic - bank biznesinin ayrımaz satış texnikasıdır. Bankın yüksək sosial-iqtisadi statusu onun işçilərin geyimində, davranış və danışıq qaydalarında  öz əksin tapır. Geyim üslubu ümümi qəbul edilmiş ciddi, müasir və tünd üst geyimidir. Xırda, lakin mənalı detallara fikir verilir, nümunə kimi   qələm, dəridən qovluq,  bahalı saat və qızıl çərçivəli eynəyi saya bilərik. Əlavə olaraq,  bank tərəfindən təsdiq edilmiş  geyimdə bank aksesuarını hər kəs taxmalıdır. Davranış qaydaları da reqlamentə uyğundur. Bankda uca səslə danışan və özünü ədəbsiz aparan insan görmərsiniz. Bankda işgüzarlıq , yığımçılılıq, emosiyaları idarə etmə qabiliyyətləri çox yüksək qiymətləndirilir.

      Bank sistemində çalışmaq qərarına gəlmişsinizsə  dəqiq və icraçı olmalısınız.  Çox az sayda bank rəhbərləri yaradıcı və kreativ bir personal axtarışında olur.  98 % işçilər artıq qəbul edilmiş qərarları və strateji planlaşdırmanı dəqiq , qərəzsiz icra etməlidirlər. Lakin bu sistemlə də  qurum heç bir zaman yüksək töhfəli, əmək sərf edən personalı əldə edə bilməyəcək. Bu zaman  köməyə korporativ etiket,  əmək etikası,  motivasiya təlimləri  və korporativ oyunlar gəlir.

Bank əməkdaşları üçün  əsas "10 qızıl"  etika qaydaları  :

 

1)    Dürüstlük  və dəqiqlik  ilk prinsipindir

2)    Işgüzar münasibətlərdə də özünə arzulamadığını başqasına rəva bilmə

3)    Nəzakətli və səbirli ol

4)    Etiket  qaydaları pozulduqda dərhal həll tapmağa çalış

5)    Şəxsi fikirlərinin olmasından çəkinmə, lakin bu qarşıdurma mövqeyini daşımamalıdır

6)    Narazılıqların yaranmasını önləyən şəraiti qur və o sistemi qoru

7)    Geyimin səliqəli və dəbli olmalıdır

8)    24 saat özünü inkişaf etdir

9)    Rəhbərlikdən istəyəcəyin tək bir xahiş kvalifikasıyanı artırmaq üçün təlimlərə qoşulmaq olmalıdır

10)  Email-lerini  tez-tez yoxla

 Nə etmək olmaz !

 

Hər gördüyünü danışmaq olmaz !  

Əgər siz rəhbərinizi qeyri formal vəziyyətdə hardasa görmüsünuzsə, bu barədə qəti danışmamalı və gördüyünüzdən aslı olmayaraq sakit reaksiya verməlisiniz.

 

Fürsətçi olmayın !

Rəhbərliklə liftdə qarşılaşdınız və 16 mərtəbəyə qalxırsınız ? Bu halda söhbət  yalnız  avtomobil tıxacları, hava və sair neytral mövzularda  aparılmalıdır.  Hətta siz rəhbərliyin yanına vacib sənəd imzalanması üçün qalxdığınız halda da  onu liftdə imza üçün təklif etmək olmaz !

 

Çəkinməyin !

Siz xəstələnmisiniz və 1 günə sağalacağınıza əminsiniz. Bu barədə rəhbərliyə vəziyyətiniz haqda  xırdalıqlara varmadan bildiriş etməlisiniz !  İşin tamamını sabah görəcəyinizə onu inandırın !

 

İnad etməyin ! 

Rəhbərliyə təklif edə bilərsiniz... lakin inad sizin üçün pis sonuclana bilər ! Müdir sizi lança dəvət edibsə və ödəniş zamanı onun başı nəyəsə qarışıbsa, siz ödəyin ! Əgər müdur ödəniş edirsə, siz odəməyi bir dəfə təkilf edin, imtina etdiyi zaman  inad etməyin .

 

Gecikməyin !

Heç bir tıxac sizə gecikmək üçün  səbəb ola bilməz, xüsusən də  işgüzar danışıqlara gedərkən əsla gecikmək olmaz. Ümumiyyətlə 10 dəqiqədən artıq gecikmə üzürlü hesab olunmur.

 

Seçimli olun !

Rəhbərliyinizin kefi pozulubsa, ertələyə biləcək olduğunuz məsələləri ertələyin !