İşgüzar ayaqqabı

İşgüzar ayaqqabının seçimi

     İnsan haqda fikir ilk 5 saniyə ərzində görünüşünə baxaraq formalaşır. Bu ilkin məlumat biznes qadınının işinin 50% uğurunun təməlidir. İlk təəsüratın 80%-i iş qadınının imicindən asılıdır.

     Ayaqqabı –iş qadını qarderobunun ayrılmaz hissəsidir. Ofis üslubunda ayaqqabı tam qapalı olmalıdır. Heç bir halda pencək ilə üstü açıq və ya idman ayaqqabısı geyilə bilməz. Ofis ayaqqabısı  görünüşdən əlavə rahat da olmalıdır. Bunun üçün seçim edərkən alçaq  daban və ya altı düz ayaqqabıya üstünlük verin. Ən gözəl nümunə qayıq görünüşlü ayaqqabıdır.

 

İşgüzar ayaqqabının üslubu: İş qadınının ayaqqabıları klassik üslubda olur (yaxşı olar ki, dəridən olan qayıq görünüşlü ayaqqabı olsun, ayaqqabının dabanı 7 sm-dan uca olmamalı, ayaqqabının rəngi pencəyin rəngi ilə  uyğun gəlməlidir). İdeal ayaqqabı toqqasız və bəzəksiz olmalıdır. 

İşgüzar ayaqqabının rəngi: Ayaqqabı seçiminin əsas amillərindən biri də rəngdir. Adətən pencək və ayaqqabının rəngi uyğunlaşmalıdır. Qara rəng universal olduqdan, hər bir geyimə uyğunlaşdırılır. Tünd rəngli pencəklə acıq və ya tünd qəhvəyi, açıq rəngli pencəklə isə - boz və ya mavi rəngli ayaqqabı geyinə bilərsiniz. Həmçinin  işgüzar geyimə  tünd qırmızı, tünd göy,  qəhvəyi və digər pastel çalarlarda olan ayaqqabılar istifadə oluna bilər. Ağ ayaqqabılar yay mövsümündə iş görüşmələrində geyilə bilər.

İşgüzar ayaqqabının dabanı: Ayaqqabı dabanının hündürlüyü və eni dreskod qanunlarının çərçivəsindən çıxmamalıdır. Ayaqqabı dabanı hündürlüyünün “qızıl ortalamasını” tapmalısınız. Axı işgüzar qadın ayaqqabısı tək gözəl yox, həmçinin rahat  olmalıdır. Çox hündür ayaqqabı ofisdə təkcə kobud görünmür, həmçinin bütün günü onların üzərində yeriyərkən narahatçılıq yaradır. Altı düz ayaqqabılar yalnız incə hündür xanımlar üçün tətbiq oluna bilər. İş qadını üçün ideal ayaqqabı dabanı hündürlüyü 5-8 santımdır.

İşgüzar ayaqqabının keyfiyyəti: İşgüzar qadın ayaqqabısı xanımın zövqünün incəliyini göstərir. Ayaqqabının təbii dəridən olması şərt deyil. Məşhur brendlərin ayaqqabılarının saxtasını hüç bir haldageyinmək olmaz. Bu ciddi dərəcədə imecinizi zədəliyə bilər.

    Qeyd edək ki, işgüzar qadın ayaqqabısını tamamlayan element ona uyğun olan çantadır.