Şlyapa

Şlyapa

   Müasir dövrdə həm kişilər, həm də qadınlar baş örtüklərindən nadir hallarda istifadə edirlər. Amma illər boyu şlyapa və papaqlar incə bir zövq növü hesab edilib. Yaradılması və geyinilməsi xüsusi bir zövq tələb edən bu baş örtükləri əsilzadəlik rəmzi sayılıb və geyimləri tamamlamaqda böyük rol oynayıb.



    Tarixən şlyapalar müxtəlif məqsədlər üçün istifadə olunub. Məsələn, Avropanın bir çox ölkələrində subay, ərdə və dul olan qadınlar üçün müxtəlif formalı şlyapalar mövcud olub. Lentinin uzunluğu, güpürün rəngi, dairəsinin ölçüsü və hündürlüyü də onların göstəricilərindəndir. Baş örtükləri nəinki geyim tərzinə, hətta fəsilə uyğun dəyişməlidir.

    Şlyapa geyinmək məcburiyyəti keçmiş zamanda dünyanın bir çox ölkələrində, həmçinin Türkiyə, Rusiya və İngiltərədə də mövcud olub. Hazırda isə yalnız monarxiyanın mövcud olduğu ölkələrdə şlyapa geyinmək dəbi qorunub saxlanıb. Lakin burada da bir sıra məhdudiyyətlər var. Belə ki, kral ailəsi öz şlyapa seçimində bayraq rənglərindən istifadə edə bilməz.

           XIX əsr baş örtüyünün qızıl dövrü adlanılır. Həmin əsrdə müxtəlif forma və ölçüdə, dizayn və rəngdə şlyapalar hazırlandı və qadınlar onu geyimin bir hissəsi kimi qarderoblarına daxil etdilər.

      XX əsrdə əfsanəvi Koko Şanel və Elza Skyaparellinin sayəsində şlyapalar podiuma gəldi. Şanel şlyapalara zərif və yığcam görkəm verir, Elza isə Salvador Dalinin əsərlərindən təsirlənərək yeni modellər yaradırdı.
        Çariça Yekaterianın dövründə Rusiyada şlyapa istehsalına başlanıldı. Böyük populyarlıq qazanan papaqların əsas özəlliyi küləkli və yağışlı havadan sonra yenidən asanlıqla öz formasına qayıtması idi.

        Birinci dünya müharibəsi hər şeyə, o cümlədən dəbə də təsirini göstərdi. Artıq şlyapa geyinən qadın zərif yox, zəif təsir bağışlamağa başladı. Amma şlyapa burada da işə yaradı. "Tok" adlanan baş örtükləri qısa saç düzümünü gizlətməyin ən yaxşı yolu oldu.
           Tədricən onlar öz funksiyalarını dəyişdi və ziyafətlər, idman, kokteyl, səfər, qonaqlıq, alış-veriş və istirahət günləri üçün şlyapalara ayrılmağa başladı.

      Jaklin Kennedinin sayəsində 60-cı illərdə həbşəkilli şlyapalar dəbə gəldi. Onun hər geyimini tamamlayan xüsusi baş örtükləri bir sıra modelyerləri modada "Jaklin Kennedi dəbi" yaratmağa ruhlandırdı.

    Kraliça Yelizaveta və şahzadə Diana da şlyapa dəbini qoruyub saxlayan qadınlardan olub. Kraliça indi də bu ənənəyə sadiqdir. Onun şlyapalarının isə bir sirri var - rəng dəyişir, forma yox.

      Odri Hepberni "Şlyapalar şahzadəsi" də adlandırırlar. Onun filmlərdə və adi həyatda geyindiyi şlyapalar ölümündən sonra keçirilən hərraclarda fantastik qiymətə satılır.

 

Şylapanın istifadə qaydalarının əsas  məqamlardan biri də  hansi cür, nə zaman və  hara  şlyapanı taxmaq lazımdır sualıdır.

Şlyapa seçimində xanımlara bir neçə faydalı məsləhət :

  • Oval formalı üz cizgisi olan xanımlara demək olar ki, hər növ şlyapa yaraşacaq.Almacıq sümüyü enlı üz cizgisi olan qızlar şlyapa seçimində çox diqqətli olmalıdırlar.
  • Ürək formalı üz cizgili xanımlar enli ətəkli şlyapa seçməməlidirlər.Onlara retro-dəbinə üstünlük verməlidir.
  • Dörtbucaq forma çənə üz cizgisi olan xanımlara düz və enli ətəkli şlyapalar qadağandır.
  • Yumrusifət xanımlar yumru şlyapalardan istifadə etməməlidirlər. Onlar üstünlüyü uca və ensiz şlyapaya verməlidirlər.
  • Arıq və ensiz üz cizgisi olan xanımlar enli şlyapa taxmalıdırlar.
  •