Bəzək Əşyaları

Bəzək əşyaları

    Bijuteriya və zinət əşyaları bəzək əşyaları olduqdan, sizin imicinizi tamamlayan elementlərdən biridir.

  Onlardan sui-istifadə etmək olmaz. Onlar sizin xarici görünüşünüzün əsas elementləri olmamalıdırlar. İş ortamında üstünüzdə çox miqdarda üzük, qolbaq və digər bəzək-düzək əşyaları  daşımamalısınız.

 

Ətrafdakı mühitə uymaq lazımdır. Düzgün tərbiyə almış insan dini tədbirə nəzəri  cəlb edən və parlaq zinət əşyaları taxmaz.

Səs çıxardan  bəzək əşyalarının istifadəsindən çəkinmək tövsiyyə olunur.

   Hər bəzək əşyasını mütəmadi təmizləmək lazımdır. Hətta ən bahalı brilyant üzük çirkli halda sizin zahiri görkəminizi poza bilər.

 

ÜZÜK

 İnsanlar arasında qədim zamanlardan yayılmış zinət əşyalarından biri də üzükdür. Çoxları üzüyü zinət əşyası kimi istifadə etsə də, bəzi üzüklərdə xüsusi mənəvi təsir, güc var. Ən sadə halda nişan üzüyü iki gənc arasında izdivacı bildirir. Bu böyük bir mənəvi missiyadır.

Zinət əşyası dedikdə, ilk olaraq ağıla brilyant gəlir. Keçmişdə isə hər cür dəyərli qaş zinət əşyalarında istifadə edilirdi, onların uyğunluğundan çox bolluğuna fikir verilirdi. Məsələn Osmanlı saraylarında zinət əşyaları dəbdə idi.

İş qadınları üçün Etik Qaydalar:

  • İş qadını zərgərlik əşyalarından bacardığı qədər az istifadə etməlidir. Ucuz və ya böyük ölçülü zinət əşyaları qəbuledilməzdir. Münasib olar ki, xanımlar qızıl və ya gümüş əşyalarına üstünlük versinlər. Həmçinin kiçik ölçü daşlı sırğa, üzük, nazik zəncirli və ya geyiminizə yaraşan boyunbağı istifadə edilə bilər.
  • Zərif  barmağa sahib olan qadınlar nazik üzükdən istifadə etməli, iri daşlı üzüklər barmaqda çox kobud görünüşə malikdirlər.
  • Yaxşı olardi ki, bütün aksesuarlar vahid üslubda və ya bir rəngdə olsunlar.
  • Saat işgüzar qadının ansamblında tək bəzək əşyası deyil, o, həmçinin funksiyonal aksesuardır. Adətən klassik üslublu dəri kəmərli saatlar istifadə edilməlidir. Ona görədə, qadının zərif biləyini əhatə edən dəri kəmərli bu mexanizm saat adlanır.
  • Eyni zamanda iki üzüyün, bir qolbağın, saatdan başqa bir cüt sancaq, bir cüt sirğanın taxılmasına etik davranış qaydaları yol verir. Yalnız yeni il yolkası imicini daşımamaq üçün, bütün bu siyahıda olanları eyni zamanda üzərinizdə daşımayın.
  • Heç bir halda qızıl və gümüş zinət əşyalarını, soyuq və isti rəngləri, iri və  xırda ölçülü əşyaları qarışdırmayın.
  • Unutmayın ki, üstünüzdə daşıyacağınız zinət əşyalarının maksimal sayı  birdir. Bu, boyunbağı və ya üzük, sırğa və ya bilərzik olmalıdır.
  • Gündüz saatlarında nə brilyantdan, nə də ki, digər parlayan qiymətli daşlardan istifa etməməlisiniz.
  • İşgüzar qadın öz geyimlərini mirvari, ametist kimi yarımqiymətli daşlar və ya əqiq, mərcan daşları ilə tamamlaya bilər. Bu məqsədlə adətən daşlı sancaqlar və ya muncuqlar istifadə olunurlar.

Əsas odur ki, görüş zamanı həmsöhbətivizin fikri zinət əşyalarınızda qalmasın.