Xarici görünüşün vacib hissələri

Xarici görünüşün vacib hissələri

    İlk və son təəssüratın yaradılmasında insanlar üş zonalara diqqət yetirirlər.

  Bu zonalar sizin imicinizin qurma və ətrafdakıların diqqətini sizin üzərinizə toplama nöqtələridir.

 

Yuxarı hissə-sizin saç düzümünüzdür. Saçlar hər zaman təmiz və daranmış olmalıdırlar. Ən başlıcası- dəqiq cizgi bəlirtisi- təmiz və qulluq olunmuş saçlardır.

İş adamı kişilər üçün standart saç düzümü səliqə ilə arxaya daranan saçlar sayılır. Bığlar üst dodağı bağlamamalıdır. Saqqal saxlamaq məsləhətli deyil. 

İş xanımları üçün saçların uzunluğu  çiyinə çatmalıdır. Sçı uzun xanımlar saşlarını arxadan və ya yuxarıdan toplamalıdırlar. Sam rəngi- təbii və bir rəngli olmalıdır. Ağarmış saçların rənglənməsi vacibdir.

Aşağı hissə- sizi ayaqqabı, onun vəziyyəti və təmizliyi.

Kişilər üçün klassik ayaqqabı növü- sadə bağl ilə bağlanan qara ayaqqabılardır. Əsas məqam isə onların parlayan dərəcəyə dək təmizlənməsidir.

Xanımlar üçün klassik ayaqqabı növü - tünd rəngli ( qara, göy, boz, qəhvəyi və tünd qırmızı), eyni rəngli, qapalı, dabanın  hündürlüyü  5-7.5 sm və mütləq  çanta ilə uyğunlaşan ayaqqabı olmalıdır.

Mərkəzi hissə- boyun hissəsi, kişilərə müvafiq qalstuk taxmaq tövsiyyə olunur, xanımlara isə -bəzək əşyaları. Qalstukun uzunluğu kəmərin ortası və ya alt hissəsinə kimi olmalı, ildən ilə rəng qadağaları azalır.Buna baxmayaraq, əlvan və gözə çarpan rənglər istifadə edilməməlidir. Qalstuk üzərindəki naxışlar da çox vacibdir.İş adamı üçün tropik şəkilli və ya astroloji işarəli qalstuklar qadağandır.

İş xanımları təbii ki, çox sayda olmayan aksesuar istifadə etməlidir. Çox bahalı, amma qeyri adi (balıqqulağı) bəzək əşyalarını iş ortamında taxmaq olmaz.

Xarici görünüşün bu vacib üç hissələrinə siz daim diqqət yetirməlisiniz.