Iş dünyasında makiyaj

Iş dünyasında makiyaj

    İş qadını bir sıra amillərdən ibarət olmalıdır. Bunlar  üzərində daşıdığı paltarlar, makiyaj, ünsiyyət bacarığıdır.

 

     Qadınlar iş həyatında daha baxımlı olmağa diqqət yetirməlidirlər,təəssüf ki, bəzən iş dünyasına uyğun olmayan və gündəlik həyatda istifadə edilən makiyajlara üstünlük verirlər. Təbii ki, geyim və makiyajı çox diqqət cəlb etməməlidir. Onlar yalnız iş qadını aurasını yaratmağa və cəmiyyətdə möhkəm mövqe sahibinin yaradılmasının köməkçi amilləri olmalıdırlar.

     İş qadını üçün ən uğurlu makiyaj növü təbii “nude look” adlanan təbii makiyajdır. Bu makiyaj həmçinin üzdə heç bir makiyajın görünmədiyi halda “ çılpaq makiyaj” adlandırılır. Onun əsasını mükəmməl dəri rəngi təşkil edir. Bu növ makiyajda əsəs parlaq və kontrast rənglərin istifadəsindən qaçınılmalıdır.

        Bu problemin öhdəsindən gələ bilməyiniz üçün sizlərə iş həyatında istifadə edilməsi lazım olan makiyajlar haqqında məlumatlar verəcəyik.

Dodaqları qalın olan qadınlar açıq rəng pomada istifadə etməsi məsləhət görülür.  İncə dodaqlara sahib olanların isə bir az daha tünd rənglər seçmələri iş həyatına uyğun olacaq. Beləcə, dodaqlarınızın həm gözəl görünməsini təmin edə bilər, həm də qabağa çıxmalarına maneə olaraq diqqəti baxışlarınıza çəkə bilərsiniz. Tünd və ya əlvan rəngli pomadadan  istifadə etdiyiniz halda  parlaq olmasından qaçının.Bu sizing yaratdığınız ciddi iş xanımı obrazını dağıda bilər.

     İş dünyasında baxışlar və ünsiyyət çox əhəmiyyətli olduğu üçün əsas diqqət edilməli  yerlərdən biri də  gözlərinizdir.

   İş dünyası üçün göz makiyajını göz bəbəklərinizi vurğulayacaq şəkildə edilməsi yaxşıdır.   Kiçik gözlü olanlar göz ətrafına tünd tonlarda makiyaj edərək bunu təmin edə bilərlər. Böyük gözlərə sahib olanlar isə açıq tonlarda makiyaj vəsaitləri istifadə edərək gözlərinin üzləri ilə daha mütənasib bir hala gəlməsini təmin edə bilərlər.