Mağaza etiketi

                   Mağaza etiketi

      İnsanları istədiyiniz cür məhsulla razı sala bilməzsiniz. İnsanlar emosionaldırlar və onların məmnunluğu yalnız digər insanlarla ünsiyyətdən doğur.

     Ən yaxşı mağaza ən yaxşı işçilərə malikdir.

 

      Bacarıqlı insanların  işə cəlb edilməsi uzun müddətli uğurunuz üçün olduqca vacibdir. Yaxşı müsahibə və işə götürmə qaydalarını öyrənə bilərsiniz. Bu biznes uğuru üçün həlledici bacarıqdır.

      İstənilən işdə sizin iki seçiminiz vardır. İşi ya özünüz görə bilərsiniz, ya da başqa bir adama həvalə edə bilərsiniz. Menecer kimi sizin vəzifəniz, işi özünüzüngörmək əvəzinə digərlərinə tapşırmaqdır.

     Müştəri məmnunluğuna dair son bir müşahidə: Əməkdaşların müştərilərə olan münasibəti daim, menecerin işçilərin özlərinə olan münasibətilə eyni olur. Yalnız müştərinin nazını çəkməklə biznesdə baş çıxara və uğur qazana bilərsiniz.

     Marketdə və ya mağazada özünüzə qarşı yaxşı münasibət gördükdə dəqiq bilin ki, həmin obyektin işçilərlə yaxşı davranan menecri vardır.