Menyunun tərtibi

 

Menyunun tərtibi

 Yaxşı təşkil olunmuş menyular müştəri  təmini, işçilər arasında balanslı vəzifə bölgüsü, işçilərin motivasiyası,alqı satqının yüngülləşməsi,  xidmətin nizamlı  işləməsi  kimi faydalı fəaliyyət göstərir.

 

Menyuda olan yeməklər bir tərəfdən istehlakçının təməl qida tələblərini  qarşılamalı, digər tərəfdən isə ictimai və psixoloji nəzəriyyə  möhkəmliyi,  iqtisadi və təlimatçı  olmalıdır. Bu səbəbdən  menyunun qurulması  bir çox əməli göz önünə alıb, edilməsi  lazım olan və ayrı  ixtisas tələb edən bir iş olmaqdadır.

Etika Akademiyası  anket doldurma yolu ilə bu əməliyyatı  kütləvi qidalanma mövzusunda olan  mütəxəssizləri, yəni  qida mühəndis  və texniklərini  bura cəlb edərək    müştərilərin  ümidlərinin doğrulması  istiqamətində işlər aparmaqdadır.

Menyu planlaşdırılmasının əsas  məqsədləri aşağıda sadalananlardır : 

  • yemək xidməti verilən qrupun kafi və balanslı qidalanmasını təmin etmək
  •  qidalanma xərclərini yoxlama işlərini aparmaq
  • istehlakçını razı salmaq

Etika Akademiyası   insanların gündəlik enerji  xərclərini və gün ərzində enerji  almalarını lazımlı miqdarda olan  kalori sayına uyğun olaraq, zülal, karbohidrat, yağ, vitamin və mineral dəyərləri  ilə yemək və nahar menyuları hazırlayır, yeməklərin bir birinə uyğun olması meyarı diqqətə alınaraq, müştəriyə  təqdim edilir.

Menyu hazırlayarkən region və mədəni  xüsusiyyətləri qeyd edərək ,  seçilən yeməklərin o bölgədə yaşayan insanların ağız dadına uyğun olmasını  və mədəni xüsusiyyətlərin  diqqətdə  saxlanmasına  nəzər yetirilməlidir.