Makaronun düzgün hazırlanma qaydası

Makaronun  düzgün hazırlanma qaydası

   Makaron dedikdə  bir çoxumuzun ağlına qısa zamanda hazırlanan xilasedici yemək gəlir. Xüsusilə tələbəlik dövründə dərsdən sonra əksər tələbələrin istifadə etdiyi  qida növüdür.

    Makaronun sadə üsulla qaynadılıb, asan yemək növündən peşəkar  aşbaz tərəfindən hazırlanmış  yeməyə dönməsi üçün, onu xüsusi qaydada hazırlayıb, xüsusi  ədviyyalar əlavə etməliyik. Peşəkar aşbaz qaydası dedikdə hazırlanma qaydasının çətin olacağından çəkinməyin. Dadlı makaron hazırlamaq o qədər də çətin deyil.

     Qaynadacağınız makaron keyfiyyətli buğdadan hazırlanıbsa, o zaman sizin ləziz makaron hazırlamamaq kimi  bir  şansınız yoxdur. Makaron seçimindən sonrakı mərhələ isə düzgün qazan seçmə mərhələsidir. Əlimizin altına keçən qazanı götürüb su doldurmamalıyıq. Makaron hazırlamaq üçün hündür və çox su tutumu olan qazan seçməliyik. Az miqdar suda makaron pişməz, yalnız yapışma riski artar. İri qazanı götürüb onun ¾-nü su ilə doldurun, və bu halda həm suyun daşmasının qabağını alarsınız, həm də makaron bu vəziyyətdə düzgün hazırlanacaq.

   İdeal makaron hazırlama qaydası       “10-100-1000” qaydasına əsaslanır.    10 qram duz, 100 qram makaron və 1000 qram və ya 1 litr su sizə ideal makaron yeməyi hazırlamaq üçün düzgün nisbəti verir. 1 yemək qaşığı duz təxminən 38 qram,1 paçka makaron ortalama 500 qram  miqdarda olur. Bu o deməkdir ki,  1 paket makaron qaynatdıqda siz, 5 litr su və 1.5 yemək qaşığı duzdan istifadə etməlisiniz.

Makaron suyuna duzun duzgün vaxtda əlavə etməyini  müəyyən etdiyiniz   zaman suyun qaynama müddətini uzatmazsınız və həmçinin  makaronun  duzu canına çəkmək üçün yetərli  mühit yaradarsınız.

     Bunun üçün sadə yoldan istifadə edin: su qaynadıqdan sonra duzu əlavə edib bir neçə dəqiqə qaynamağını gözlədikdən sonra mayeyə  makaronu əlavə edin. Bişirmə əsnasında suyun çox duzlu olduğunu hiss etdiyiniz  zaman, soyulmuş kartof əlavə edin.Sonradan makaron yenə  duzlu olarsa, o zaman makaronu süzgəçə tökdüyünüz zaman üzərinə soyuq su gəzdirin.

   Keyfiyyətli makaron aldığınız halda qazanın dibinə yapışma ehtimalı çox aşağı olmağına baxmayaraq, qazana 1-2 damcı duru yağ tökməlisiniz. Makaronu suya tokdükdən sonra qazanın qapağını qəti örtməyəsiniz. Qazanın qapağını açıq saxlayın və hər 2-3 dəqiqədən bir onu qarışdırın. Makaronu qarışdırmadığınız halda homogenli yemək olmaz  və bəzi tərəfi sərt, bəzisi isə yumşaq olar.  Makaronunuzu al dente, yəni  yüngül diri sevirsinizsə, o zaman 7 dəqiqə bişirmək kafi olacaqdır. Biraz yumşaq sevənlər 9 dəqiqə, lap yumşaq istəyənlər isə  11 dəqiqə bişirməlidirlər. 11 dəqiqədən artıq riskli, 9 dəqiqə isə ideal sayılır.

    Artıq  sona yaxınlaşırıq. Makaron qaynadıldı, sıra süzmə mərasiminə gəldi.  Heç bir halda makaronu süzgəcə tökdükdən sonra, onun üzərinə kran suyu tökməyin. Makaron yuyulmaz. Makaron  suyunun yarısını töküb, bir o qədərdə  soyuq su əlavə edərək, onu 1 dəqiqəlik kənara qoyuruq. Ondan sonra isə hamısını süzmək olar. Souz hazırladığınız halda makaronun suyunu da əlavə edərək yeni ləzzət qata bilərsiniz.

   Makaron sudan çıxdıqdan sonra öz istisi ilə pişməyə davam edir. Bu səbəblə isti sous əlavə ediləcək makaron al dente qaydası ilə bişirmək məsləhətlidir.

   Son olaraq onu qeyd etmək lazımdır ki, makaronu  gözlətmədən, sousunu əlavə etdikdə dərhal  servis etməlisiniz. Sousdan istifadə etmədiyiniz halda  1 yemək qaşığı otaq istiliyində olan kərəyağı əlavə edib, makaronun öz istisində əriməsini gözləməlisiniz.