Dəvətnamə göndərmə prosesində altı səhf

      Ənənəvi toya dəvət etmə-dəvət olunan şəxsə dəvətnamə yazmaqdan ibarət bir prosesdir. Lakin bu prosesdədə səhfə yol verilə bilər. Ona görə məsləhət görülür ki, dəvətnamə məktublarını mətbəəyə göndərmədən öncə bir daha diqqətnən yoxlanılsın.

 

   Orfoqrafik səhflərdən uzaq olmaq və adların düzgün yazılması üçün mətni son hərfə dək bir neçə dəfə yoxlamaq lazımdır. Nigah və ya toy mərasiminin keçiriləcək ünvanın, restoran, hotel və ya kilsə adlarının yazılışına çox diqqət yetirmək lazımdır. 

   Dəvətnamədə hədiyyə (istədiyiniz hədiyyənin siyahısı) haqda heç bir qeyd aparılmamalıdır. Həmçinin dəvətnamədə “Hədiyyəsiz gəlin” qeydinidə yazmaq olmaz.

   Əgər toy mərasimində uşaqların iştirakı arzuolunmazdırsa, onları dəvət etməyin. Lakin dəvətnamədə “Uşaqsız gəlin” və ya “Yalnız böyüklər üçün” yazmaq olmaz.

   Dəvətnamədə qonaqlara geyim haqda heç bir tövsiyyə yazmaq olmaz. Tövsiyyə yalnız nigah və toy mərasiminin birgə keçiriləcəyi halda yazıla bilər. Bu halda dəvətnamənin aşağı sağ küncündə “ qara qalstuk” və ya “ ağ qalstuk” yazısını qeyd eləmək olar.

   Dəvətnamədə içki və yemək haqda heç bir məlumat verilməməlidir.

   Əgər ilkin dəvət etdiyiniz qonaqlardan hansısa səbəbdən məclisdə iştirak edə bilməyəcəksə, o zaman siz ikinci siyahınızda  (B siyahısı)  olan qonaqlarınıza  tədbirə üç və ya dörd həftə qalmış  dəvətnamə göndərməlisiniz. Əgər dəvətnaməni gec göndərsəniz, qonağınız onu ehtiyat qonaq sifətində dəvət etdiyinizi başa düşəcək. O da ciddi incikliyə səbəb ola bilər.