Gəlin rəfiqələrinin geyimi

Gəlin  rəfiqələrinin geyimləri

      Gəlini müşaidə edən rəfiqələrin  geyim və aksesuar xərcləri  şəxsən ödənilir. Buna görə də gəlin rəfiqələrini bahalı geyim almalarına məcbur etməməlidir. Bundan əlavə gəlin rəfiqələri və şahidlərinin geyimi onların bədən qurluşu, boy və sair keyfiyyətlərinə uyğun olması vacibdir.

      Gəlin paltarı seçimində ona şahidi və ya yaxın  rəfiqəsi yardım etməlidir. İmkan daxilində mərasimin digər iştirakçıları ilə məsləhətləşmək lazımdır.

 

                                         Uyğunluq

        Gəlin rəfiqələri və şahidin libası gəlin paltarı ilə rəsmiliyə görə  uyğun olmalıdır (yəni üslub və parçaya görə yox). Əgər gəlin paltarı ipəkdəndirsə, onda rəfiqələri oxşar parçadan (orqanza və kətan parçalar istisna olmaqla) paltar geyinməlidirlər. Paltarlar bir birinə uyğun gəlirlərsə, o halda  gəlin uzun, rəfiqələri isə qisa geyinə bilərlər. Sirf rəsmi mərasimlərdə hər kəs uzun (paltarın ətəyi yerə dəyənə qədər) paltar geyinməlidir.

        Gəlin rəfiqələri əkizlər kimi geyinmələri şərt deyil. Ən vacibi odur ki, paltarların rəngi və parçası uyğun olsun, modası müxtəlif ola bilər. Rəfiqələrə müəyyən bir prinsiplə seçim etməyi təklif edin: libasın rəngini, uzunluğunu, mərasimin rəsmiliyini nəzərə alaraq məsləhət edin, lakin geyimin formasını öz seçimlərinə buraxın. Nigah şahidinin paltarı digər mərasim iştirakçılarının geyimindən fərqlənə bilər. İndiki zamanda qara, bəyaz və onun bütün  çalarlarının istifadəsinə yol verilir. Lakin gəlin paltarı bəyaz rəngdədirsə, o zaman rəfiqələrin geyimi digər rəngdə olmalıdır.

      Seçiminizdən aslı olmayaraq, hər bir xırdalıq toy mərasiminin rəsmiliyinə uyğun olmalıdır. Əvvəlcədən  nigah mərasimini aparan şəxsdən geyim məhdudiyyətinin olub-olmaması haqda məlumatı araşdırın.