Gül etiketi

                                            Gül  etiketi

    Bir dəstə gül ideal hədiyyə hesab olunur. O, hər bir halda münasibdir, və onu nəin ki kişi, həmçinin qadın da hədiyyə edə bilər.

    Kredit kartları, internet vasitələri ilə istədiyiniz vaxt istədiyiniz insana istədiyiniz gülü göndərə bilərsiniz. Yaxşı olar ki,  siz güllərin yanında əlavə olaraq bir balaca hədiyyə də ( güldan və ya şəkil çərçivəsi) təqdim edəsiniz. Gül dəstəsi ilə teatra bilet və ya hədiyyə kartı da təqdim etmək olar.                Əvvəlcədən fikirləşmədən gül göndərmək məsləhətli deyil. Yalnız unutmayın ki, hər dəstə müxtəlif və dərin məna daşıyıcısıdır.Bu durumda çıxılmaz vəziyyətə düşməyin qarşısını almaq üçün ən azından bir neçə gülün mənalarını  bilmək lazımdır. Nümunə kimi bu misalı gətirmək olar: uzun saplaqlı qızıl gülün mənası kiməsə ürəkdən bağlı olmanın göstəricisidir.

Bilirsiniz mi ?

Sarı tülpanlar. Gül dəstəsi cüt sayda olmamalıdır. Baxmayaraq ki, bizdə sarı rəng xəyanət və ayrılıq rəmzi sayılır, Amerika və Avropa ölkələrində bu rəng varlılıq, firavanlıq və ehtiram rəmzidir, və bütün vacib dövlət mərasimlərində məhz bu güldən istifadə olunur.

Çiçək hesabı. Kiməsə gül təqdim etmək istədiyimiz halda əsas yaranan sual – “bir və ya üç çiçək hədiyyə edilməlidir?”-dən ibarətdir. Bir gülün mənası- maraq doğurmaq, üç gül- hörmət bildirmə, beş gül- minnətdarlıq, yeddi gül isə- məhbbət etirafının rəmzidir.

 

                          Rənglərin rəmzinə diqqət yetirək:

  • Çəhrayı rəng- gənclik və təvazökarlıq,
  • Narıncı rəng- hakimiyyət və şöhrətpərəstlik,
  • Bənövşəyi rəng- dəbdəbə, ləyaqət və əzəmətlik,
  • Bəyaz rəng- təmiz və məsumluq rəmzidirlər.

 Yuxarıda deyilənlərə ən çox xarici ölkələrdə əhəmiyyət verilir, orada “güllərin dilinə” böyük diqqət yetirilir. Səhvə yol verməmək üçün gül satanın yardımından istifadə etmək məsləhətlidir.

İş dünyasında gül dəstəsi.  Gül dəstəsi seçərkən unutmayın ki, seçdiyiniz hədiyyə evi yox, ofisi bəzəyəcək. Kişi və ya qadın nəzərdə tutulmasından asılı olmayaraq gül dəstəsi eyni xüsusiyyət daşımalıdır. Bu növ işgüzar gül dəstələrində ala rəngli, parlaq, ekzotik kontrastlı güllər yaxşı görünürlər.