Şirkət davranış etiketi
Şirkət davranış etiketi
Toyları təşkil edən şirkətlər əsasən ivent-agentliklərin buraxılışıdır. Toy təşkilatı şirkətləri ən çıxılmaz vəziyyətdə belə cəld reaksiya verib, düzgün qərarları qəbul etməlidirlər. Bu kimi fors-majorlar şirkətlərin işlərində çalışma anı adlanır. Təşkilatçı və onun işçi heyyəti maksimal dərəcədə məsuliyyətli, toplanmış və hər bir vəziyyətə hazır olmalıdırlar.
Menecer restoranı, məclisin aparıcısını, dizaynerləri, yemək və içki menyusunu, qonaqların yerləşdirilməsini və digər işləri təşkil edir. Şirkətdən asılı olaraq menecer bütün bu işləri tək və ya koordinatorun yardımı ilə həyata keçirməlidir. Toy məclisi başladıqda isə bir necə nəzarətçi koordinator təin edilir. Onlar məclis boyu qonaqları qarşılayırlar, yemək təklif edirlər, mərasim iştirakçılarının yerləşməsini izləyirlər, fotsessiyalarda yardımçı olurlar.
İndiki zamanda gənc cütlük nigah kəsdirməni başqa gündə, onun mərasimini isə toy günündə qeyd edirlər. Zaqsda imza atmaqla sadə prosedur həyata keçirilir, onun təntənalı tərəfi olmur.
Baxmayaraq ki, Azərbaycanda toy təşkilatı şirkətləri yeni yaranırlar, onlar bu yolda çox böyük müvüffəqiyyət qazanıblar. Təəcüblü deyil ki, biz avropa və amerikan adətlərini də məclisdə tətbiq edirik (Amerikada toy təşkilatı şirkətləri 80 il əvvəl yaranıb). Bunlar bəy və gəlinin bir-birinə and verməsi, qəlin rəfiqələrinin eyni libas qeyinməsi, bəy və gəlinin uşaq -mələklər tərəfindən müşaiyət edilməsi, gəlinin gül dəstəsini subaylara atması kimi adətlərdir.
Bir çox toy şırkətləri onlara müraciət zamanı müştəriyə təklif paketləri təqdim edirlər. Bu paketlərdə toyun hansı tərzdə keçəcəyi, aparıcılar, musuqiçilər və digər vacib məlumatlar yerləşir.
Şirkət məclisi ən azı üç ay müddətində təşkil etməlidir. Onların üstün cəhəti odur ki, bir əvvəlki toyda tətbiq olunanları təzə toyda istifadə etmirlər.
Bir söznən məclisin təmtəraqlı keşməsi müştərinin maddi durumundan asılı olaraq dəyişir.