Toy dəvətliləri üçün etiket
Toy dəvətliləri üçün etiket
Çox güman ki, sizə toy üçün dəvətlilərinin siyahısını əvvəlcədən yazma prosessi qəribə gələ bilər. Məyər işin maddi tərəfi əsas deyil? Səmimi desək, xeyir. Bu maddi tərəf əsasən sizin dəvətlilərin sayından asılıdır. Bu xoş gündə bütün sevdiklərinizin sizin mərasiminizdə iştirak etməsi üçün məclisinizin tərtibatında bir neçə dəyişiklər edə bilərsiniz. Əvvəlcədən dəvətlilərin siyahısının yazılması artıq qonaqların o siyahıdan çıxarılması üçün sizə çox yardım edəcək.
Çoxdan qurulmuş qaydalara görə bəy və gəlin tərəfindən dəvətlilərin sayı eyni sayda olmalıdır. İndiki zamanda bu qaydaya riayət edilmir. Hal-hazırda əsas diqqət gənc cütlüyün seçiminə yetirilir: onlar öz dost-tanışlarını da istədikləri sayda mərasimlərinə dəvət edirlər. Tərbiyyəli ailədə gənc cütlük valideyinlərin fikrinə və məsləhətinə qulaq asıb, riayət edir.
İlkin siyahı dörd nüsxədə yazılmalıdır: gəlinin, onun valideyinlərinin, bəyin və onun valideyinlərinin siyahısı. Və yalnız bundan sonra hər iki tərəf razılaşaraq dəvətlilərin siyahısını tərtib edə bilərlər.
Əgər dəvət etdiyiniz şəxsin yoldaşı, ər va ya arvadı, nişanlısı ilə şəxsi tanışlığınız yoxdursa, buna baxmayaraq siz dəvətnaməni cütlük adına ünvanlandırmalısınız. Uşaqların məclisinizdə iştirak edib-etməməsi sizin qərarınızdan aslıdır.
Toy məclisinin tarixinin bəlirlənməsi bu xoş günə hazırlıq proseslərinin sona çatdığının göstəricisidir.