İnternet jurnalistika etiketi

İnternet jurnalistika etiketi

   2012-ci ildə San-Fransisko şəhərində  keçirilən “Sosial media haqqında müzakirələr:  yaxşı tərzlər və ya zərərli vərdişlər” adlı konfransında   sosial media redaktorları çıxış edərək müasir zamanda etik qaydaların sosial mediyaya yansıtması haqda ətraflı çıxış etdilər. Assosiated Press-in baş redaktoru bu tədbirin moderatoru olmuşdur.

     Son illərdə dəyişiklərə məruz qalan sosial media üçün tətbiq olunan etiket qaydaları aşağıdakılardır.

 

“Yeni bir yerdən baxış”  qaydasının yenidən baxılması

      İlkin yaranmış ideya ondan ibarətdir ki, jurnalistlər  yalnız faktların  elan etməsi və başlıqların formalaşdırması  ilə məşğul olurlar. Sonradan bu ideya yenisi ilə əvəzlənmışdir və bel əsəslənir: jurnalistlər üçün öz fikirlərinin olması tamamilə məqbuldur və bu onlara şəxsi individuallıqlarını nümaiş etməyə yardım edir. Bu barədə CNN Money sosial media nəşrinin baş meneceri Niketa Patel çıxış edərək bildirdi ki, “iki il əvvəl jurnalıstlərin Twitter-də öz fikirlərini bildirməsinə qarşı çıxardım, yalnız indi buna böyük ehtiyac olduğundan, jurnalistlər də şəxsiyyət kimi öz  fikirlərini bildirə bilərlər”.

    The Wall Street Journal sosial media jurnalının müdiri Liz Xeron jurnalıstlərin analiz təklif etmələri  və sosial mediada vəziyyət haqda danışırlar daha səbəbəuyğun olar.

Twitləri silərək mübahisələrə son verilmir.

      Əvvəllər Liz Xaren  twitlərin silinməsinə qarşı çıxırdı, yalnız indi bu social şəbəkədə səhvlərin korreksiya olunması üçün alətin yaranmasını istəyir.

Sosial şəbəkələrdə davranış tələbatları çevik ola bilər.

     Nyu- York Times jurnalı sosial media üzrə qaydaları tez köhnəldiyindən, heç bir qaydalar  qoyulmadığını bildirir. Digər sosail media təmsilçiləri isə əsas iş prinsiplərinin bəlirlənməsini istəyirlər.

Foto şəkillər yeni etik problemlər yaradırlar

  Məqalənin vizuallaşdırılmas (fotonun yerləşdirilməsi) indiki zamanda “sosail şəbəkənin dili” kimi qeyd olunur.

  Bu barədə problemlərlə rastaşmamaq üçün  sosial şəbəkədə əvvəlcədən yerləşdirilmiş foto şəkilin istifadəsi zaman, onu əldə elədiyiniz səhifə və ya linki qeyd etməyi unutmayın.

Dövlət nəzarəti və ya özünütənzimləmə?

     İnternet müstəqil strukturdur. Yalnız bir çox ölkələrdə internet üzərində nəzarətin artırılması istəyi müəyyən edilmişdir. Bu növbədə söz dövlət nəzarəti haqda gedir.  Həmçinin buna qarşı çıxan ölkələr də var. Onlar internetin fəaliyyətinin tənzimlənməsi üçün spesifik mexanizmin tətbiqini irəli sürürlər. Buna görə də, 2006-ci ildə BMT-nin baş katibi tərəfindən İnternetin İdarə olunmasi Forumu keçirilmişdir.

Əsas odur ki, etik qaydalar İnternetdə daim iştirak etsin

    İnternet üzərində hər hans bir nəzarət aparlmadiği o demək deyil ki, kim nə istəyir yaza və ya paylaşa bilər. Azərbaycanda İnternet KİV nümayəndəsi sayıldığından, Azərbaycan Respublikasının  “KİV nümayəndəliri haqda” qanununa tabe olur. İndiki zamanda internet şəbəkələrinə bir neçə senzura tətbiq edilməsi  prosesi  gedir.