Uşaqların telefon ünsiyyətində etik qaydalar

Uşaqların telefon ünsiyyətində etik qaydalar  

     Uşaq telefon dəstəyindən eşidilən səsin bir real insana məxsus olduğunu anlamadığı halda  telefon ünsiyyəti etikasının əsaslarını qavraya bilməz.

Telefon dəstəyini qaldırmağı öyrənən andan, valideynlər uşağa düzgün nitq qaydalarından istifadə etməyi öyrətməlidirlər. Nümunə kimi bu halda valideyinlərin özləri çixiş etməlidirlər - uşaqlar davranış qaydalarını əsasən onlara baxaraq öyrənirlər.

      Səbrinizi toplayıb  uşağa hər zaman gözəl nitq qaydalarını təkrar xatırlatmalı olacağınız uzun tərbiyəvi işə hazır olun. 6-7 yaşa qədər uşaqlar yalnız böyüklərin əhatəsində telefon zəngləri edə və ya cavab verə bilərlər.

 

Salamlaşma. Telefon zəngi edərkən uşaq salamlaşmalı və telefon dəstəyini götürən şəxsə özünü tam ismi  ilə təqdim etməlidir. Kənar şəxslərin zənglərinə cavab verərkən uşaq özünü təqdim etməməlidir.

 

Səs həcmi. Uşağa telefonla yüksək səslə danışmağın  düzgün olmadığını başa salmalısınız.

Uşaq qəfildən  utansa və sussa, onun yerinə dəstəyi götürüb danışmağa hazır olun.

 

 

 

Telefonla  zəng etmənin  doğru zamanı  və söhbətlərin  müddəti.

     Evinizdə telefon danışıqları üçün ciddi qaydalar yaradın: səhər saat 8-dən tez və axşam saat 9-dan gec olmayaraq zənglər etmək olar. Məktəbəqədər və ilk sinif  uşaqların telefon danışıqlarını idarə etmək çətin deyil.

     Orta sinif  məktəbliləri arasında əsl epidemiya- “telefon qızdırması” başlayır. Onlar günün istənilən vaxtında saatlarla telefonda dostları ilə söhbət edir və bu da vaxtaşırı ödəmələr edən ailələr üçün baha başa gəlir.

 

Söhbətin başa çatması. Uşaqlar  nəzakətli şəkildə sağollaşmadan dəstəyi asmamalarını bilməlidirlər . Yuxarı yaşlı uşaqlar söhbəti “Zəngə görə çox sağolun”, “Görüşənədək” və ya “Məktəbdə görüşərik” kimi frazalarla bitirə bilərlər.