Haqqımızda

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı İctimai Birliyi 05 may, 2007-ci il tarixində təsis edilmişdir və 03 iyul, 2007-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir..


   Birliyin əsas məqsədi Azərbaycan və Avropa ölkələri arasında təməli qoyulmuş elmi-mədəni və sosial-ictimai münasibətlərin gənc nəslin iştirakı ilə ikitərəfli əməkdaşlıq çərçivəsində daha da inkişaf etdirilməsinə nail olmaq, Avropa təşkilatlarının strukturu və fəaliyyəti haqqında maarifləndirmə işi aparmaq və gənclərimizin Avropa təşkilatlarının təqdim etdiyi proqram və layihələrdə fəal təmsil və iştirak etmələrinə yaxından köməklik göstərməkdir. Bu məqsədlərə çatmaq üçün:

  • Azərbaycan mədəniyyətini, tarixini Avropa ölkələrində təbliğ etmək;
  • Gənclər arasında əməkdaşlığın inkişafı sahəsində xarici ölkələrin təcrübəsini öyrənmək və müsbət təcrübəni yaymaq;
  • Gənclərin problemlərinin araşdırılması və həlli barədə təkliflər hazirlamaq;
  • Gənclərin mədəni inkişafına kömək etmək, sülhü, bəşəri dəyərləri təbliğ etmək;
  • Gənclərin məlumat və bilik mənbələrinə çıxış imkanlarının asanlaşdırmaq və s. vəzifələri həyata keçirir.

 

Gunel İbrahim 

   Azərbayacan Gənclərinin Avropaya İnterasiya Təşkilatının Fərdi İnkişaf Mərkəzi "Etika Akdemiyası" nın direktoru 
Eyni zamanda 640-dan artıq  Qeyri -Hökümət Təşkilat üzvü olan Azərbaycan Milli QHT Forumunda prezidentin muşaviri.
Biznes Etikasi üzrə ekspert, gəlir ve gəlir mənbələrinin artırılması üzrə beynəlxalq təlimçi, Qırmızı Xaç ve Qızıl Aypara Cəmiyyətinin MDB ölkələrində fandreyzinq, biznes etiket və müqavilələrin bağlanması üzrə ekspert. İnternet TV də Biznes Etikası, " Путь к Успеху "verlişlərinin təsisçisi və müəllifi.
   
“Evrovision 2012-Baku” , "İnternet Governance Forum 2012 Baku " ve bir sıra əhəmiyyətli beynəlxalq tədbirlərin beynəlxalq etiket üzrə rəsmi təlimçisi. Almaniya,Türkiyə, Avstriya ,Rusiyada biznes psixologiya, layihələrin yazılması və idarə edilməsi  üzrə təhsil  alan milli kadr.
   
Böyük Britaniyanın Kommersiya Menecmentlik İnstitutunun ( İCM ) Effektiv Danışıqlar üzrə  təlimçisidir .
"İlk 5 dəqiqə", "Uğurlu danışıqların sirri","Xarizmatik natiq ", "Formula: Motivasiya = mən + fizika", "Lider - Sen ! " təlimlərinin müəllifi. 
 
"Etika Akademiyası" Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının İnkişaf Mərkəzidir.
Burada gənclər və iş dünyasında uğur qazanmaq istəyənlər üçün xüsusi tədris mexanizmi təklif olunur. Etika Akademiyası peşəkar davranış qaydalarının öyrənilməsinin vahid bazasıdır.
  
   Etika Akademiyasının əsas məqsədi etik prinsipləri biznes prinsiplərinə aşılamaq və yüksək standartlara uyğun kadrları formalaşdırmaqdır.  Təşkilatın və qurumların uğur əmsalını formalaşdıran insan resurslarını stresə davamlı, beynəlxalq standartlara, etika və estetikanın təmininə uyğun hazırlaşdırmaqdır. Etika Akademiyasının təlimçiləri beynəlxalq statuslu və uğur göstəriciləri yüksək olan ekspertlərdir. Həmçinin Akademiyamız tərəfindən  İBS Group ilə bağlanan memorandum əsasında Böyük Britaniyanın Universitet və İnstitutlarının  ixtisas sənədləri , diplomları və sertifikatlarını  təqdim edirik.
Akademiyanın təlim proqramlarını keçən şəxs Etika Akademiyasının “tövsiyyə məktubu “nu əldə edir.
Saytımızda Kadrlar Bankı yaradılmışdır. Etika Akademiyasının məzunları haqda məlumat orada yerləşdirilir. 20-dən artıq müxtəlif  şirkətlərlə bağlanan müqavilə əsasında kadrların bazası akademiyamız tərəfindən təqdim ediləcəkdir.
 
Etika Akademiyası Sizə Yüksək keyfiyyətli və beynəlxalq  nüfuzlu biznes tədris proqramlarını  təqdim  edir.  Özünü inkişaf etdirmək istəyən hər kəslə  əməkdaşlıqdan  məmnun olarıq.
 
Ünvan : Nərimanov rayonu , Həsənoğlu,8 
Tel: 012 5667127
      012 5664830
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
Bank rekvezitləri
Bankın adı: Unicredit Bulbank Inc.
Bank addresi: 7, Sveta Nedelya Sq.1000 - Sofia
SWIFT CODE: UNCRBGSF
IBAN USD: BG11UNCR70001521629075
 
Bank name : Unicredit Bulbank Inc.
Bank address: 7, Sveta Nedelya Sq. 1000-Sofia
SWIFT CODE: UNCRBGSF
IBAN EUR: BG51UNCR70001521629131
 
Ünvan 

Faktiki ünvan: Azərbaycan, Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küç. 10

Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Bas ofis : (+994 12) 497 10 41

Etika Akademiyasi:  (+994 12) 566 71 27

Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

JavaScript must be enabled in order for you to use Google Maps.
However, it seems JavaScript is either disabled or not supported by your browser.
To view Google Maps, enable JavaScript by changing your browser options, and then try again.

 

Bankın adı: Unicredit Bulbank Inc.Bank adresi: 7, Sveta Nedelya Sq.                      1000 - SofiaSWIFT CODE: UNCRBGSFIBAN USD: BG11UNCR70001521629075