Vizit cart

         İş adamının vizit kartı

          İndiki zamanda ənənəvi növdə tərtib olunmayan  bir çox vizit kartları  var. Ən əsası kartda olan mətn rahan  oxunmalıdır və  onun məzmunu sizin yüksək peşəkarlığınızı göstərməlidir. Kart  ətraflı işgüzar məlumat, çalışdığınız firma və ya şirkətin adı, onun ünvanı, sizin isim və soyadınız, tutduğunuz vəzifə və ya peşəkar rütbəniz, və həmçinin əlaqə nömrələri ( iş və mobil), faks və elektron qutunuzun ünvanından  ibarət olmalıdır. Bundan əlavə, işgüzar vizit kartlarda şirkətin internet ünvanı və onun loqotipi də qeyd olunur.

          İşgüzar vizit kartlarında məs iş dünyasında tanınan  şəxsin öz  ismi və soyadı olmalıdır. İş dünyasında müəyyən ləqəb və ya təxəllüsdən istifadə edən şəxslər bunu vizit kartında da qeyd edə bilərlər. Vizit kartlarda isminizin tam şəkildə yazılmasına baxmayaraq, onu kiməsə verdikdə “adım Ketrindi qisaca Keti deyə müraciət edə bilərsiniz”  demək olar.

         Sizə vizit kartları ilə davranış qaydalarında bir neçə xeyirli məsləhət vermək istərdik.

      Kartlar təmiz və əzilməmiş görkəmdə qalması üçün onu pulqabınızın xüsusi cibində saxlamanız məsləhətlidir.

     Ən yaxşısı lazım olan zaman istifadə edə biləsiniz deyən, onlar daim əlinizin altında olmalıdır. Kartı həmsöhbətinizə təqdim etmək üçün, ciblərinizdə onu axtarmaq bir ədəbsiz hərəkət kimi qiymətləndirilir. Əvvəlcədən gedəcəyiniz ölkənin işgüzar  vizit kartlarına münasibət qaydaları ilə tanış olun. Bildiyimiz kimi, müxtəlif ölkələrin biznes etikasında adətləri də müxtəlif olur.

     Heç bir zaman yenicə verilən vizit kartına baxmadan pulqabınıza qoymayın. Bu hərəkət nəzakətli deyil. Sahibinə maraq göstərdiyinizi bildirmək üçün, vizit kartına mütləq baxmalısınız.

     İş dünyasında sizdən yüksək vəzifədə olan şəxsə ayaq üstü vizit kartınızı təqdim etməyin. Şəxsin özünün təşəbbüs göstərməsini gözləyin. Əgər bir müddət sonra şəxs sizin kartınızı istəmiyibsə, o zaman siz ilk olaraq öz vizit kartınızı təqdım edin, daha sona isə şəxsin vizit  kartını istəyə bilərsiniz. Öz rütbənizlə eyni olan  iş adamlarının əhatəsində olarkən, söhbətin əvvəlindən vizit kartınızı təqdim edə bilərsiniz.