Motivasiya

Motivasiya

     Motivasiya, bir və ya bir neçə insanı, müəyyən bir məqsədə doğru davamlı bir şəkildə hərəkətə keçirmək üçün edilən səylərin cəmidir. Motivləmə insanın hərəkətlərinin istiqamətlərini təyin etdirir.

       İşgüzar şəxs öz enerjisi ilə hər kəsi yoluxdurur, öz işləri və hərəkətləri ilə hər kəsin ürəyini fəht edir. Hər bir iş, uğurlu alınması üçün bizdən yüksək enerji tələb edir. İşgüzar adam nə qədər motivasiyalı olarsa, bir o qədər də uğur qazana bilər. Motivasiyamız kağızdan  bina kimi yıxılıb təkrar başdan inşa edilməsi lazımdırsa, ən qısa zamanda təkrar necə ayağa qalxa biləcəyimizi  göstərir.

     Yeni fikirlər tükənmiyib, sadəcə hər şey sizin xəyal gücünüzdən asılıdır. Dünya daim dəyişir. Yeni tərzdə düşünməyin vaxtı gəlib çatıb.

     Keyfiyyət etalonu olun. Rəqiblərinizi qabaqlamaq üçün bütün istedadlarınızdan istefadə edin. Onlarda çatışmayan tərəfləri aşgar edib, siz özünüzdə yaradın, və yalnız o zaman siz məqsədinizə yaxınlaşa bilərsiniz. Böyük işi yerinə yetirməyin sadəcə bir yolu var- həmin işi həqiqətən sevmək. Sevdiyiniz işin başa çatması  üçün məqsəd və məramlarların olduğu halda, həyatınız nizamına düşər. 

   Biz yediyimiz məhsulun, geyindiyimiz paltarların, sürdüyümüz arabaların başqası tərəfindən hazırlandığını bildiyimiz halda, gərək özümüz başqaları üçün istifadəsi faydalı olan dünya yaratmalıyıq. Biz bu dünyaya töhfələrimizi qoymaq üçün gəlmişik.

   Brayan Treysi: “Təfəkkürünü dəyiş və yalnız o halda həyatını dəyişə bilərsən” fikrini vurğulamışdır. Qısaca motivasıya insanı müəyyən bir məqsəd üçün hərəkətə keçirən güc deməkdir.

   Etika Akademiyasında "Motivasiya=fizika+mən" mövzusunda keçirilən təlimlərdə iştirak etmək üçün bizə müraciət edə bilərsiniz.

Əlaqə nömrəsi: (012) 566-71-27