Nümunəvi rəhbər


Nümunəvi  rəhbər

        Unutmayın ki, rəhbərin də  ona tabe olan işçiləri qarşısında və işçilərin rəhbər qarşısında müəyyən  vəzifələri var. Onsuzda dünyada pis rəhbərlərin sayı çoxdur, onların sayını artırmağa dəyməz. Sərt idarəçiliyi sübhəyə salıb iqtisadi səmərəsini inkar etmirik, əsaslanaraq qeyd edək ki, işçilərə qarşı  diqqətli  və hörmətli davranış təkcə onlara yox, həmçinin sizə də faydalıdır. Siz aşağıdakılara əməl etsəniz  yalnız  rəhbərə  yox, siz bir “qızıl” insan olarsınız.

         Mümkünata uyğun. Tabe olanların hərəkətlərındə sayıq nəzarət və müəyyən sərbəstlik verilməsi üçün balans tapmağa çalışın.  Zaman-zaman ümumi ofisə baş çəkib  işlərin gedişatı, müəyyən problemlərin yaranması  ilə maraqlansanız, belə əks əlaqə yaradaraq, əməkdaşların fəal və düzgün işləməsi üçün əlavə stimul verəcəksiniz. Əgər daim  himayə altında saxlasanız,  onlar  sərbəst hərəkət etməyi və qərar qəbul etmək bacarığını itirəcəklər.

        Tələblərdə və dürüst ifadə etmədə dəqiqlik. Əməkdaşınızın xidməti vəzifəsi nədən ibarət olduğunnan başa düşdüyünü və tapşırdığınız işi tam izah etdiyinizdən əmin olun. Danışığınızda yalnız üça və aydın tondan istifadə edin, əməkdaşınızın fikirlərini qarışdırmamaq üçün köməkçi və “ara sözlərin” istifadəsindən uzaq olun.

        Nəzakətli və ədəbi.   Əməkdaşla söhbət zamanı  sehirli sözlər “ çox sağ ol” və “ təşəkkür edirəm” sözlərindən istifadə etməyi unudmayin. Bu sizin əməkdaşınıza  onun tutduğu vəzifədən asılı olmayaraq ümumi nəzakət normalarına riayət etmənizin göstəricisidir.

       Layiq etdiyi tərif üçün səxavətli olun. Tapşırılan işi yaxşı və səylə yerinə yetirmiş əməkdaşınızın ünvanına layiq olduğu tərifi deyərkən, siz onun peşəkar  təsnifatını qeyd edib,  tutduğu vəzifəyə tam laiq olduğunu qəbul edirsiniz.  Ən əsası  həddindən artıq tərif demək tərifi lazımsız və qiyməysiz prosesə çevirir. Tərif  əməkdaşı yalnız səmimi və layiq olduğu halda deyilərkən həvəsləndirir.

       Diqqətçil və Aydın görmə qabiliyyəti. Əvvəlcədən əməkdaşlar arasında yarana biləcək problemləri görüb onun qarşısını alın. Tez-tez ofisə gələrək idarəetməni əlinizdə saxlayın, əməkdaşların ümumi işinə mane olacaq aralarında yaranan konflikt və problemlərin qarşısını alın. Qarışqanın filə dönməsinin yalnız işin içində olaraq qarşısına keçmək olar.

        Özünütənqid.   Məsuliyyəti başqalarının üzərinə qoyaraq, xəstə basdan sağlam başa problemləri yıxaraq, obyektiv çətinliklərə və digər departamentin  iş qüsurlarına istinad olaraq, siz özünüzü idarəçilik məsələlərini yerinə yetirə bilməyən məsuliyyətsiz müdür kimi göstərirsiniz.